Türkiyə palamentində andiçmə mərasimində gərginlik yaşanıb

Türkiyə palamentində andiçmə mərasimində gərginlik yaşanıb

Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilmiş millət vəkillərinin andiçmə mərasimi siyasi böhranla müşayiət olunub. SİA-nın məlumatına görə, parlamentin ən yaşlı millət vəkili Oktay Ekşinin sədrlik etdiyi mərasimdə hakim Ədalət və İnkişaf Partiyasından seçilmiş 327 və Milliyyətçi Hərəkat Partiyasının 52 millət vəkili TBMM kürsüsündən and içib.
Ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının İdarə Heyətinin qərarı ilə bu partiyanın 135 millət vəkili parlamentdə and iç
məkdən imtina ediblər. Bunun səbəbi isə, partiyadan seçilmiş iki parlament üzvünün istintaq çərçivəsində həbsxanada olması və deputat toxunulmazlığından faydalana bilməməsidir. Digər yandan da, Türkiyənin cənub-şərq bölgəsindən seçilmiş, kürd mənşəli 35 müstəqil millət vəkili Diyarbəkir şəhərində toplanaraq TBMM-in andiçmə mərasimi keçirilən ilk iclasını etiraz ediblər.
B
aş vermiş siyasi böhranla bağlı açıqlama verən baş nazir Rəcəb Tayyib Ərdoğan bildirib ki, həbsxanada olan millət vəkillərinin namizəd göstərilməsi əvvəldən səhv addım olub: \"Müxalifət təkliflərini verməli, iqtidar isə onları müzakirə etmək üçün məsləhətləşmələr aparmalıdır. Bütün problemlərin həlli üçün yer isə parlament olmalıdır\".
Qeyd edək ki, vəziyyətdən çıxış yolu axtarmaq üçün bugün baş nazirin müavini Cəmil Çiçək və ana müxalifət partiyasının lideri Kamal Kılıçdaroğlu arasında görüş keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə