Rusiyanın “Atlas” jurnalı Naxçıvanı Ermənistanın tərkibində göstərib

Rusiyanın “Atlas” jurnalı Naxçıvanı Ermənistanın tərkibində göstərib

Rusiyanın "Atlas" jurnalı Naxçıvanı Ermənistanın tərkibində göstərib. SİA-nın xəbərinə görə, "Atlas" jurnalının "Atlas. Bütün dünya sənin əlində" adı altında çıxan 36-cı sayında region ölkələrinin, o cümlədən İran, Azərbaycan, Ermənistan və digər ölkələrin xəritəsi verilib. Lakin jurnal nədənsə Naxçıvan Muxtar Respublikasını Ermənistan ərazisinə daxil edib.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov isə SİA-ya açıqlamasında bildirib ki, hazırda yayılan xəbərlə bağlı araşdırma aparılır: "Dərc olunan məlumat öz təsdiqini taparsa, Azərbaycan Xarici İşlər Nazirliyi dərhal faktla bağlı qəti addımlar atacaq\",- deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə