“Azərbaycan paytaxtı Qüds şəhəri olmaqla müstəqil Fələstin dövləti yaratmaq səylərini dəstəkləyir”
"Biz Fələstində olan vəziyyətdən narahatıq. Azərbaycan bir daha qardaş Fələstin xalqına onların sülh, stabillik və paytaxtı Qüds şəhəri olmaqla müstəqil Fələstin dövləti yaratmaq səylərini dəstəklədiyini bildiririk". XİN-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının Xarici İşlər Nazirlərinin 38-ci sessiyasında çıxışı zamanı deyib.
Biz Fələstin xalqının ehtiyaclarının təmin edilməsində bizim təşkilatı birləşdirdiyi üçün İKT-nin baş katibinin və onun heyətinin işini yüksək qiymətləndiririk deyən nazir Kəşmir mübahisəsinin həlli üçün edilən cəhdləri dəstəklədiyini və Kiprli türklərin hələ də davam edən ədalətsiz təcridindən narahat olduğunu dilə gətirib: "Azərbaycan həm də İraq, Əfqanıstan, Sudan, Somali dövlətlərinin və digər İKT-yə üzv ölkələrin bu ölkələrdə sülh, təhlükəsizlik, və stabilliyin bərpasına dair etdiyi cəhdləri dəstəkləyir.
Milyonlarla Müsəlmanlara ağır emosional və psixoloji zərbə vurmuş İslamafobiya təəssüf ki, dünyanın bir sıra ölkələrində qalxmaqdadır. Yaxın illərdə bəzi ölkələrdə dözülməzliyə, ayrı seçkiliyə və İslama qarşı hücumlarla bağlı ciddi faktlar sübut edir ki, dini böhtanın və dinə nifrətin qızışdırılmasına qarşı mübarizə aparmaq lazımdır. Söz azadlığı bəhanəsiylə dinə qarşı atılan böhtan ayrı seçkiliyin və dözülməzliyin yeni və müasir formasıdır. Sivil cəmiyyətlər olaraq, biz öz azadlığımızı ehtiyatla və beynəlxalq normalarla qəbul olunmuş parametrlər çərçivəsində həyata keçirməliyik. Biz İKT-nin bütün dinlərə qarşı böhtanın qarşısının alınmasında zəruri beynəlxalq çərçivənin yaradılması imkanlarını axtarmaq cəhdlərini ciddi dəstəkləyirik".
E. Məmmədyarov İslam Dünyasına və İKT-nin Baş Katibinə Azərbaycanın iyirmi faiz ərazisinin Ermənistanın işğalı altında qalması ilə nəticələnən, Ermənistan ilə davam edən silahlı münaqişədə, Azərbaycana göstərdikləri güclü dəstəyə görə səmimi minnətdarlığını ifadə edib: "Təxminən bir milyon azərbaycanlı öz torpaqlarından etnik təmizləmə nəticəsində qovulmuş və həmçinin İslam irsindən olan minlərlə Azərbaycan mədəni və tarixi abidələri məhv edilmiş və talan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



