Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 93 il ötür. Geostrateji mövqeyinə görə, böyük dövlətlərin maraqlarının kəsişdiyi ölkə olan Azərbaycanda Demokratik Respublikanın yarandığı gündən, dövlətçiliyin mühüm atributu sayılan nizami ordu quruculuğu istiqamətində addımlar atılıb. SİA-nın məlumatına görə, 1918-ci il mayın 28-də qəbul edilən "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlətin milli dövlətçiliyi həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur.
Beləliklə, bir ay sonra-26 iyun 1918-ci ildə Gəncədə fəaliyyət göstərən Milli Şura Azərbaycan Milli Ordusunun yaranması haqqında qərar qəbul etdi. 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülüb. Dövlət büdcəsinin 24 faizi hərbi məqsədlərə sərf edilib. Avqustun 1-də isə Hərbi Nazirlik təsis olundu. Azərbaycanın ilk müdafiə naziri Xosrov bəy Sultanov olub. Sonra onu hərbi nazir postunda general Səməd bəy Mehmandarov əvəzləyib. General-leytenant Əlağa Şıxlinski isə nazir müavini təyin edilib. Azərbaycanda ilk hərbi parad da bir il sonra-1919-cu ildə Bakıda indiki Muzey mərkəzinin yerləşdiyi ərazidə keçirilib. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları, gənc yaşlarından əsgər gedən hərbi piyada məktəbini bitirmiş Azərbaycan diviziyasının zabiti Əbdürrəhman Fətəlibəyli Düdənginski kimi bacarıqlı hərbçiləri olub.
Güclü hərb ənənəsi olsa da, ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmiz bu sahədə ciddi böhranla üzləşib. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas iş Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirib. Ordunun maddi-texniki təminatı problemlərlə müşayiət edilib. Ancaq tədricən müharibədəki məğlubiyyətlərin qarşısını almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edilib. Könüllü batalyonlardan nizami orduya doğru ilk ciddi addımlar atılıb. Qismən hərbi səfərbərlik və orduya çağırış işi yoluna qoyulub. 1992-ci il oktyabrın 9-da Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin hakimiyyəti zamanında Bakıda keçirilən hərbi parad orduya olan inam və marağı, eləcə də vətənpərvərlik ruhunun artırılması üçün atılan addım olub. Ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyulub. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşılıb, silahlı qüvvələr pərakəndəlikdən xilas olub, ordudakı siyasiləşməyə son qoyulub. Heydər Əliyev hakimiyyəti dövründə həm prezident, həm də ali baş komandan olaraq, ordunun qüdrətli olmasına diqqəti yönəldib.
Prezident Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Bu qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. Büdcə vəsaiti ildən-ilə artırılan Azərbaycan Silahlı Qüvvələrinin buna müvafiq olaraq hərbi imkanları da genişlənir.

26 İyun - Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə bu gün Bakının Azadlıq meydanında üçüncü hərbi parad keçiriləcək.
Sonda SƏS İnformasiya Agentliyinin bütün əməkdaşları adından bütün Azərbaycan xalqını Silahlı Qüvvələrinin yaranması günü münasibəti ilə təbrik edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB