Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü başlayıb

Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü başlayıb

Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar başlayıb. SİA-nın məlumatına görə, bu, prezidentlərin qeyd olunan formatda sayca doqquzuncu görüşüdür. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərini müzakirə edəcəklər. Görüşün sonunda baza prinsiplərinin əks olunduğu xüsusi sənədin imzalanması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə