Robert Bradtke: “Danışıqlar prosesinin çox vacib mərhələsindəyik”

Robert Bradtke: “Danışıqlar prosesinin çox vacib mərhələsindəyik”

\"Baza prinsipləri sülh razılaşması deyil. Bu, 14 maddədən və 5,5 səhifədən ibarət çərçivə sənədidir. Bu nazirlərə son sülh razılaşmasını rəsmiləşdirmək üçün göstərişdir\". SİA-nın "Armenia Today" ə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtke deyib. Onun sözlərinə görə, bu sənəd ətrafında danışıqlar uzun müddət aparılıb və sənəd üzrə ən aktiv dövr 2007-ci ilin sonunda olub: "Həmsədrlər illərlə bu sənədin üstündə işlədilər. Tərəfləri onlar üçün qəbul olunan formul ətrafında yaxınlaşdırmağa çalışdılar. İndi biz bu mərhələyə gəlib çatmışıq və mən yenidən Dovil bəyanatına istinad etmək istəyirəm. Biz çox vacib mərhələdəyik".

Diplomat həmçinin Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünə də münasibət bildirib. O, ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin prezidentlərinin Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün qəti addımlar atmağa hazır olduqlarını və tərəfləri Kazan görüşündə münaqişənin həlli ilə bağlı baza prinsiplərini razılaşdırmağa çağırdıqları Dovil bəyanatını vurğulayıb: "Biz 2011-ci ilin əvvəlindən Ki-Vestdə sülh müqaviləsinin əldə olunması üçün bütün səylər göstəriləndən sonra danışıqlar prosesinin çox vacib mərhələsindəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə