“Kazanda baza prinsiplərinə dair sazişin imzalanacağının əlamətləri çox şey vəd edir”
"Azərbaycan və Ermənistan prezidentləri arasında baza prinsipləri haqqında sənədin imzalanması prosesin başladığının bariz nümunəsi olacaq\". SİA-nın məlumatına görə, bu sözləri Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabina Freyzer açıqlaması zamanı deyib. O bildirib ki, Kazan görüşündə tərəflərin mövqelərinin sənədli formada təstiqlənməsi ən çox müsbət qiymətləndiriləcək haldır: \"Kazan görüşünə dünyada ümid böyükdür. Əgər Rusiya prezidenti Dmitri Medvedev prezidentlərə öz mövqelərini sənədlə təsdiqlədə bilsə,o zaman irəli doğru atılmış hansısa addımdan danışmaq mümkün olar. Eyni zamanda belə olduqda, Rusiya liderinin inadkarlığı da qələbə qazanmış olacaq\".
Prezidentlərin Kazan görüşünü şərh edən Sabina Freyzer bu görüşün analoji formatda keçirilən 9-cu görüş olduğunu xatırladıb: "Kazanda baza prinsiplərinə dair sazişin imzalanacağı ehtimalı çox şey vəd edir. Zaman gözləmir, çünki payızda regionda və Minsk Qrupu ölkələrində seçki kampaniyaları başlayacaq, bu isə bəziləri üçün müəyyən məsələlərin müzakirəsini çətinləşdirəcək. Uzun illərdir davam edən münaqişənin birdəfəlik nizamlanması 600 min məcburi köçkünün öz evinə qayıtmasına imkan yaradar və hazırda Dağlıq Qarabağda yaşayan 150 min insanın təhlükəsizliyini təmin etmiş olar. İndi söz prezidentlər Serj Sarkisyan və İlham Əliyevindir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB