İlham Əliyev: “Serj Sarkisyanın Azərbaycanda ermənifobiyadan danışması gülməlidir”

İlham Əliyev: “Serj Sarkisyanın Azərbaycanda ermənifobiyadan danışması gülməlidir”
\"Əgər Xocalı şəhərində dinc azərbaycanlılara qarşı hərbi əməliyyatlarda şəxsən iştirak edən bir şəxs Azərbaycanda ermənifobiyadan danışırsa, bu, çox gülməlidir\". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə birgə keçirilən mətbuat konfransında səsləndirib.

Dövlət başçısı Ermənistan prezidenti Serj Sarkisyanın Avropa Şurasındakı çıxışında səsləndirdiyi Azərbaycanda ermənifobiyanın artması və Azərbaycanın Madrid prinsiplərinə müəmmalı yanaşması fikirlərini təəssüflə qarşılayıb: "Əgər belə deyilibsə, çox təəssüf. Çünki, Xocalı şəhərində azərbaycanlılara qarşı hərbi əməliyyatlarda şəxsən iştirak edən bir şəxsin bucür çıxışı gülüncdür. Azərbaycanlılar təcavüzün qurbanlarıdır. Torpaqlarımız işğal altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini yürüdür, 700 min azərbaycanlı Dağlıq Qarabağın inzibati sərhədlərindən kənar torpaqlardan didərgin salınıb" .

Azərbaycanın ərazi bütövlüyünün heç bir ölkə tərəfindən sual altına qoyulmadığını qeyd edən Prezident İlham Əliyev, Ermənistanın və Azərbaycanın münaqişəyə münasibətinin fərqli olduğunu diqqətə çatdırıb: "Ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Ermənistana qarşı əsla işğalçı siyasət yeritməyib. Azərbaycan tərəfindən Ermənistanın bir qarış torpağı belə işğal olunmayıb. Lakin, biz isə birmənalı şəkildə bu təcavüzün qurbanıyıq. Azərbaycan 2 il əvvəl Madrid prinsiplərini danışıqların əsası kimi qəbul edib. Ermənistanın da eyni addımı atacağına ümid edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня