Tahir Kərimli: "Bu gün müxalifət nümayəndələri papaqlarını qabaqlarına qoyub düşünməlidirlər" - MÜSAHİBƏ
Vəhdət partiyasının sədri Tahir Kərimlinin SİA-ya müsahibəsi
- Tahir bəy, "İctimai Palata"nın 19 iyuna təyin etdiyi mitinq iflasa uğradı. Sizcə bunun səbəbi nə ilə bağlı idi?
- Əvvəlcədən biz hansı diaqnoz qoymuşduqsa, o da oldu. Çünki biz bilirdik və deyirdik ki, bu ictimaiyyət, xalq müxalifətin mitinlərini müdafiə etməyəcək. Müxalifət isə bunun əksinə olaraq yalandan bəyanatlar verirdi ki, guya xalq bunları dəstəkləcəyək. Amma zaman göstərdi ki, onların bu cür iddialarının hamısı fiaskoya uğradı deyən T.Kərimli 19 iyunda cəhd edilən mitinq də göstərdi ki, xalq onları heç vaxt müdafiə etməyib. "Çünki müxalifət qurumlarının böyük əksəriyyəti partiya funksiyasını itirib. Onlar hansısa bir diskusiya klubuna çevriliblər. Eyni zamanda onlar özlərini ancaq mətbuat, qəzet üzərində saxlamağa çalışırlar. Hər halda özünə hörmət edən hər bir insan düşünməlidir ki, onlar bu cür yalançı vədlərlə getdikcə gözdən düşürlər. Ona görə də, müxalifət özünün növbəti uğursuzluğunu yaşamalı oldu" deyən Vəhdət partiyasının sədri məhz bu səbəbdən də, bu gün müxalifət "liderlərinin" ətrafında olanların öz başbilənlərindən haqq-hesab tələb etmələrinin vacibliyini də söylədi.
- İsa Qəmbərovla və Əli Kərimovun ABŞ-ın nümayəndəsi ilə görüşünün arxasında hansısa gizlin məqamların dayandığını söyləmək olarmı?
- Mənim düşüncəmə görə xaricdə də yaxşı bilirlər ki, Müsavat və AXCP kimi partiyaların Azərbaycan cəmiyyətində çəkisi böyük deyil. Yəni istəsələr onlar bu cür şəxslərlə görüşməyə də bilərlər. Amma ortaya bir sual çıxır ki, nə üçün onlar bu görüşə maraq göstəriblər? Çünki Azərbaycanda bu cür oyuncaq qurumları olması onlara sərf edir. Amma məsələ ondan ibarətdir ki, belə görüşlərdən sonra xaricilər istəklərinə də nail ola bilmirlər. Ona görə də, hər dəfə görüşüb müxalifət "lider"lərinə quru vədlər verirlər. Bütün məqamlarda isə müxalifət nümayəndələri ilə görüşən xarici ölkə təmsimlçiləri özləri-özlərini pis vəziyyətdə qoymuş olurlar.
- Sizcə bu günki cəmiyyətin əhatəsində müxalifətçilik anlayışında dəyişikliyin edilməsi zərurəti nə dərəcədə mümkündür?
- Onlar əgər yaxşı təkliflərlə çıxışı etməyi, cəmiyyətin diqqətinə səbəb ola biləcək addamları ata bilmirlərsə, daha kim lazımdırlar. Yəni müxalifətçiliyin əsl kökləri də buna əsaslanmalıdır ki, onlar islahatçı mövqeyindən çıxış etsinlər. Əgər doğrudan da müxalifətçilər dedikləri kimi Azərbaycanı sevirlərsə, milli maraqlarımızdan çıxış etməlidirlər.
- Müxalifət adından məhz Müsavat və AXCP-nin danışmasını necə qarşıladınız?
- İstər Müsavat, istərsə də, AXCP bu günki potensialına əsaslanmırlar. Yəni Müsavat Azərbaycan Demokratik Respublikasını quran Müsavat partiyasını asossiasiyası, AXCP (i) isə milli azadlıq hərəkatındakı AXC-nin ruzmenti kimi çıxış edir. Onlar öz güclərinə deyil, daha çox keçmişlərinə istinad etməyə çalışırlar. Amma bu o demək deyil ki, həmin partiyalar keçmişdə olduğu kimi, bu gün də eyni formadadılar. Adıçəkilən partiyaların nə dərəcədə öz keçmişləri ilə bağlı olduğunu özləri bizdən yaxşı bilirlər. Sadəcə olaraq, beynəlxalq təşkilatların gözünə kül üfürməyə çalışan bu siyasətbazlar hər bir anlamda öz maraqlarını təmin etməkdə iddialıdırlar. Bundan əlavə xarici donor təşkilatların nümuyəndələri və bir sıra beynəlxalq əhəmiyyətli qurumların təmsilçiləri də Azərbaycanda kimləri özünə kölə edib maraqlarına xidmət etdirməyə cəlb edəcəklərini də çox gözəl bilirlər.
TAPDIQ QURBANLI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB