Bu ilin payızında Azərbaycan Uşaqlarının II Forumu keçiriləcək. SİA-nın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məlumat verib. Azərbaycan Uşaqlarının II Forumunun 2009-cu ilin 23-24 noyabr tarixlərində keçirildiyini deyən H.Hüseynova bildirib ki, cari ilin payız aylarında təşkil olunacaq növbəti foruma artıq hazırlıq işləri gedir. Komitə sədri vurğulayıb ki, artıq Bakı və Sumqayıtda, eləcə də respublikanın iki regionunda foruma seçim yekunlaşdırılsa da digər bölgələrdə işlər hələ də davam etdirilir.
\"Uşaq hüquqları ilə bağlı maarifləndirmə işləri güclənməlidir və burada valideynlərin məsuliyyəti xeyli artırılmalıdır. Bizim əsas məqsədimiz odur ki, Azərbaycanda sağlam, təhsilli və hərtərəfli inkişaf edən gəncliyimiz böyüsün. İşlərimiz də bunun üzərində qurulur və mövcud istiqamətdə işlərimizi gücləndiririk. Yalnız komitə deyil, hər bir müvafiq orqanlar öz sahələri üzrə işlər aparır", - deyə komitə sədri əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB