Rusiya xarici işlər nazirinin müavini Xələf Xələfova zəng edib

Rusiya xarici işlər nazirinin müavini Xələf Xələfova zəng edib

Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasinlə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov arasında telefon danışığı olub. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Rusiya xarici siyasət idarəsinin mətbuat xidməti yayıb.

Telefon danışığı zamanı tərəflər iki dövlət arasında aktual olan bəzi məsələləri müzakirə edib və ikitərəfli əlaqələrin inkişafı üçün birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, iki diplomat arasındakı telefon danışığı Rusiyanın təşəbbüsü ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə