Mövlud Çavuşoğlu: “Ümidvaram ki, Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma imzalanacaq”
"Ümidvaram ki, Azərbaycan və Ermənistan prezidentləri iyunun 24-də Kazanda keçiriləcək növbəti görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair razılaşma imzalayacaqlar". SİA-nın xəbərinə görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransında Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşünə dair verilən sualı cavabladırarkən deyib: "Bu görüşə sədrliyi Rusiya prezidenti Dmitri Medvedyev edəcək. Heç kim prezidentlərin bu görüşdə münaqişənin həllinə dair razılığın imzalanmamasına sevinə bilməz", - deyə M. Çavuşoğlu əlavə edib.
Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinə münasibət bildirən AŞPA sədri bildirib ki, qurumun qəbul etdiyi qətnamələr yerinə yetirilməlidir: "Dağlıq Qarabağla bağlı 2005-ci ildə AŞPA tərəfindən qətnamə qəbul edildi və orada aydın şəkildə göstərildi ki, AŞPA bürosu Dağlıq Qarabağ üzrə Alt Komitə yaratmalıdır. Assambleya nümayəndə heyətlərinin üzvlərini və üzv ölkələri razı sala bilməz. Bir şeyi bilmək lazımdır ki, biz Assambleyanın qəbul etdiyi tövsiyə və qətnamələrin tətbiq olunmasında qətiyyətliyik. AŞPA-nın bu məsələdə pis niyyəti yoxdur. Çünki qurum ATƏT-in Minsk qrupunun işinə maneçilik və ya iki prezident arasında imzalanacaq razılığa mane olmaq fikrində deyil. Alt Komitənin fəaliyyətinin bərpa edilməsi AŞPA-nın türk əsilli sədrinin təşəbbüsü deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB