Bu gün
Dənizkənarı Milli Parkda bütün atraksionlar yenidən pulsuz olub. Bulvar
İdarəsinin rəis müavini Nazim Məcidov SİA-ya açıqlamasında
bildirib ki, 15 yaşa qədər olan uşaqlar səhər saat 09.00-dan 12.00-dək
bulvardakı atraksionlardan pulsuz olaraq istifadə edəcəklər. Onun sözlərinə görə,
bu gün Dənizkənarı Milli Parkda növbələrin, nizamsızlığın bir daha
təkrarlanmaması üçün kassalarda pulsuz
biletlər paylanacaq: "İlk
dəfə belə aksiya iyunun 1-i Beynəlxalq Uşaq Hüquqlarının müdafiəsi
günündə keçirilib. Həmin vaxt valideynlər və balaca uşaqlar arasında nizamsız
növbələr yaranıb, xoşagəlməz hallar yaşanıb. Eyni atraksiondan bir uşaq bir
neçə dəfə istifadə etdiyindən bir çoxları kənarda qalıb. Amma Bulvar İdarəsi belə
halların təkrar olunmaması üçün sakinlərə yeni fürsət vermək qərarına gəlib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB