ABŞ dövlət katibinin köməkçilərinin Azərbaycana səfərləri intensivləşib

ABŞ dövlət katibinin köməkçilərinin Azərbaycana səfərləri intensivləşib

Son günlər ABŞ xarici siyasətində Azərbaycana diqqətini xeyli artırıb. İki gün öncə Bakıda olan ABŞ dövlət katibi müavininin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melianı bu dəfə dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Endryu Şapiro əvəz edəcək. SİA-nın verdiyi məlumata görə, Şapiro iyunun 24-də Azərbaycana gələcək. Faktı ABŞ Dövlət Departamenti də təsdiq edib.

Məlumatda bildirilir ki, Şapiro təhlükəsizlik məsələləri üzrə ABŞ-Azərbaycan dialoqunda ABŞ nümayəndə heyətinə başlıq edəcək. Dialoq beynəlxalq təhlükəsizlik məsələlərinə həsr ediləcək və dəniz təhlükəsizliyi, terrorizmlə mübarizə, sərhədlərin təhlükisizliyi və kütləvi qırğın silahlarının yayılmaması sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlib. Azərbaycana səfəri çərçivəsində Şapiro rəsmi şəxslərlə və hərbi strukturların rəhbərləri ilə görüşəcək. Bundan sonra Şapiro Fransa və Almaniyaya səfərə yola düşəcək.


Bütün xəbərlər Facebook səhifəmizdə