Hərbi parada hazırlıq ərəfəsində Bakı səmasında təlim-məşq uçuşları keçirilib
İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93 illiyi münasibəti ilə keçiriləcək hərbi parada hazırlıq işləri davam etdirilir. SİA-nın xəbərinə görə, bu gün Hərbi Hava Qüvvələrinin bir neçə ədəd Mi-24 tipli helikopteri və bir eskadrilya döyüş təyyarəsi (6 ədəd), həmçinin FHN in Mi17-1V və Ka-32 helikopterleri Bakı səmasında təlim-məşq uçuşları keçirib. Onlar paytaxtın mərkəzi hissəsinin üzərindən keçməklə dövrə vurublar.
Paradda iştirak edəcək şəxsi heyətin hazırlıqlarına da start verilib. Müdafiə Nazirliyinin bəzi ordu birləşmələrinin heyəti Təlim və Tədris Mərkəzində hazırlıq keçir. Eyni zamanda Daxili və Sərhəd qoşunlarının paradda iştirak edəcək heyətləri də hazırlıqlarını davam etdirir. Parada hazırlıq məqsədi ilə Hərbi Dəniz Qüvvələrinin gəmiləri də hazır vəziyyətə gətirilib.Gəmilər xüsusi rənglərlə rənglənib, paraddan bir gün öncə Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinin hərbi gəmiləri Bakı buxtasında lövbər salacaq.
Qeyd edək ki, hərbi paradda bütün qoşun növlərini təmsil edən şəxsi heyət iştirak edəcək və texnika nümayiş etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB