“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dövlət Sərhədi haqqında müqavilə” ratifikasiya edilib

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dövlət Sərhədi haqqında müqavilə” ratifikasiya edilib
"Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dövlət Sərhədi haqqında müqavilə" ratifikasiya edilib. SİA-nın məlumatına görə, Rusiya Federasiyası Dövlət Duması Rusiya, Azərbaycan və Gürcüstan Dövlət sərhədlərinin birləşdiyi nöqtədən Xəzər dənizinə qədər quru sərhədinin keçdiyi xətti təsbit edən "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dövlət Sərhədi haqqında müqavilə"ni ratifikasiya edib. Müqaviləyə qoşma sənədlərdə qeyd edilir ki, bu xətt keçmiş Dağıstan MSSR və keçmiş Azərbaycan SSR arasında inzibati sərhədə müvafiqdir. Rusiya Federasiyasının Prezidentinin rəsmi nümayəndəsi, RF xarici işlər nazirinin müavini, stats-sekretar Qriqori Karasin sənədin ratifikasiya olunmasının zəruriliyi haqqında geniş məruzə ilə çıxış edib. Sənədin ratifikasiyası ilə bağlı MDB məsələləri və həmvətənlərlə əlaqələr üzrə Komitənin sədri Aleksey Ostrovskinin də əlavə məruzəsi dinlənilib. Aşağı palatanın 313 deputatı bu sənədin qəbul edilməsinin lehinə, 63 deputatı isə əleyhinə səs verib.

Məlumat üçün xatırladaq ki, sözügedən müqavilə 2010-cu il sentyabrın 3-də Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana rəsmi səfəri zamanı Bakıda imzalanmışdı. Bu arada qeyd edək ki, Rusiya Azərbaycanın dövlət sərhədi haqqında müqavilə imzaladığı ilk ölkədir.

Bütün xəbərlər Facebook səhifəmizdə