Mirkazım Seyidov: “Azərbaycan son zamanlar xarici siyasətdə çox böyük uğurlar qazanıb” - MÜSAHİBƏ (SƏS TV)
İctimai siyasi xadim, politoloq Mirkazım Seyidovun SƏS TV-yə müsahibəsi:
- 15 iyun Milli Qurtuluş Günü Azərbaycandan kənarda necə qeyd edildi və dünya ictimaiyyətinə necə təqdim olundu?
- 15 iyun tarixi bizim yaddaşımıza qızıl hərflərlə yazılıb. Bu bayram tək Azərbaycanda deyil, eləcə də ölkədən kənarda təntənəli şəkildə qeyd edilib. 15 iyun günü milli birliyimizin bütün dünya səviyyəsində nümayiş olunmasına əsas yaradan bayramlardan biridir. Bu günü milli çəkişmələrə son qoyulduğu gün kimi qəbul etmişik. Ulu öndərin məhz bu gündə xilaskar kimi hakimiyyətə yenidən qayıtması və milli qurtuluş gününü təsdiq etməsi Azərbaycanı böyük bəlalardan qorudu. Bu günü dövlət səviyyəsində bütün azərbaycanlılar təntənəli şəkildə qeyd edirlər.
- İşğal olunan ərazilərdə sülhməramlıların yerləşdirilməsi məsələsinə münasibətiniz necədir?
- Dağlıq Qarabağ və Ermənistan məsələləri o qədər siyasiləşdirilib ki, hər hansı bir təklif dərhal böyük rezonans doğurur. Siyasiləşdirilən və qondarma Dağlıq Qarabağ hadisələrinin beynəlxalq səviyyədə həll olunmasına zəmin yaradıb. İnduku zamanda işğal olunan ərazilərdə sülhməramlıların yerləşdirilməsi ilə bağlı fikirlər çox səsləndirilir. Politoloq kimi bu ərazilərdə sülhməramlıların yerləşdirilməsinin qəti əleyhinəyəm. Çünki Azərbaycan xalqı Dağlıq Qarabağdan imtina etməyib. Hələ şəhidlərimizin qanını qanla yumamışıq. Sülh yolu ilə torpaqlarımızın geri qaytarılmasına ümid edərək torpaqlarımızın geri qaytarılmasını istəyirik. Ancaq bu o demək deyil ki, işğal olunan ərazilərdə sülhməramlıların yerləşdirilməsinə razı olmalıyıq. Buna nə xalq, nə də ki dövlət rəhbərliyi razı olmaz.
- Prezidentlərin Kazan görüşündən Azərbaycan nə kimi müsbət nəticələr gözləyir?
- Siyasiləşdirilmiş Dağlıq Qarabağ məsələsi beynəlxalq səviyyədə həll olunmalıdır. Bildiyimiz kimi də bu istiqamətdə ATƏT-in Minsk qrupu yaradılıb. Azərbaycan son zamanlar xarici siyasətdə çox böyük uğurlar qazanıb. Nəyinki Kazan, hətta bu kimi görüşlərin hamısı Azərbaycanın xeyrindədir. Bütün görüşlərin Azərbaycanın xeyrinə olması da zəruri məsələdir. Hesab edirəm ki, Rusiya bu görüşdə böyük səy göstərəcək ki, məsələ öz həllini tapsın.
- Diasporumuzun Rusiyadakı fəaliyyətini necə qiymətləndirirsiniz?
- Ermənilərin günü gündən beynəlxalq aləmdə öz nüfuzunu itirməsi göz önündədir. Ermənilər hər zaman milli mənəvi dəyərlərimizi mənimsəyərək öz adlarına keçirmək niyyətlərindən əl çəkmirlər. Azərbaycanın diasporunun Rusiyadakı fəaliyyətini yüksək qiymətləndirirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB