Mübariz Qurbanlı: “Azərbaycan beynəlxalq layihələrdə özünün maraqları çərçivəsində iştirak edir” - MÖVQE
"Azərbaycan beynəlxalq layihələrdə özünün maraqları çərçivəsində iştirak edir. İndiyə qədər həyata keçirilmiş beynəlxalq və regional layihələrdə də milli maraqlarımız yüksək səviyyədə qorunur. Bu baxımdan, \"Nabucco\" layihəsinə yanaşmada ölkəmiz üçün əsas məsələ milli maraqlarımızın təmin olunmasıdır". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.
M.Qurbanlı Azərbaycanın
Nabucco layihəsində iştirakının əhəmiyyəti ilə bağlı xarici ekspertlərin fikirlərinə
münasibət bildirərkən qeyd edib ki, Azərbaycan özünün enerji ehtiyatlarını
ixrac edir və bu məsələdə heç bir problem yoxdur. Onun sözlərinə görə, Azərbaycan
iqtisadi maraqlarına uyğun olan layihələrdə bundan sonra da iştirak edəcək.
"Azərbaycan neft və qaz ehtiyatlarına malikdir və bu baxımdan ölkəmizə beynəlxalq müstəvidə maraq olduqca böyükdür. Biz şərqlə qərbi birləşdirən körpü rolunu oynayırıq. Azərbaycan öz neftini və qazını müxtəlif kəmərlər vasitəsilə ixrac edir. Ölkəmiz öz məhsulunu dünya bazarına çıxarmaqda heç bir problemlə üzləşmir. Nabucco ideyasını gündəmə gətirənlər bu ideyanı həyata keçirmək üçün ilk növbədə bu kəməri çəkməklə bağlı məsələni həll etməlidirlər. Azərbaycan öz qazını satır və ixrac problemi də yoxdur. Eyni zamanda, əlavə vəsait qoyaraq yeni qaz kəməri çəkmək ideyası ilə məşğul deyil. Bu məsələ ilə qaz alıcıları məşğul olmalıdırlar"- deyə YAP İcra katibinin müavini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB