Rusiya XİN: “Qəbələ RLS-in icarəsi üzrə razılaşmanın şərtlərini müasirləşdirmək üçün danışıqlar aparılır”
Rusiya və Azərbaycan Qəbələ Radiolokasiya Stansiyasının icarəsi üzrə razılaşmanın şərtlərini müasirləşdirmək üçün danışıqlar aparır. SİA-nın "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib: \"Sovet dövründə tikilmiş və əhəmiyyətli hərbi obyekt olan Qəbələ RLS-ə gəlincə, Rusiya Federasiyası icarə üçün 10 milyon dollar (ildə) ödəyirdi. Bu gün belə desək, icarə şərtlərini müasirləşdirmək üçün danışıqlar aparılır\", - deyə Q.Karasin Dövlət Dumasının deputatlarının suallarına cavab verərək bildirib.
Daha əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Rusiyanın Qəbələ radiolokasiya stansiyasının icarə müddətini uzatmaqda maraqlı olması və beynəlxalq gərginliyin çoxalması şəraitində stansiyanın əhəmiyyətinin artması bu RLS üzrə sazişin şərtlərinə yenidən baxılmasını zəruri edir.
Qəbələ RLS Rusiyanın RƏM sisteminin əhəmiyyətli elementidir, stansiya cənub istiqamətindən mümkün raket zərbələri haqqında erkən xəbərdarlığı təmin edir. Stansiyanın icarə müddəti 2012-ci ildə başa çatır.
Rusiya daha əvvəl ABŞ-a inşası Çexiyada ABŞ RƏM üçüncü strateji mövqe rayonu çərçivəsində planlaşdırılan RLS-in əvəzinə cənub istiqamətinin nəzarəti üçün Qəbələdə radarı birgə istifadə etməyi təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB