Politoloq Elxan Şahinoğlu: \"Önəmli olan böyük dövlətlərin Ermənistana təzyiq etməsidir\" - AÇIQLAMA
Kazan görüşündən ciddi bir nəticə gözləmirəm. SİA-nın xəbərinə görə, bu sözlər Atlas Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğluya məxsusdur. Onun sözlərinə görə, prezidentlərin görüşündən sonra münaqişənin həllinə ciddi təsir etməyən və bu istiqamətdə atılacaq addımları sürətləndirə bilməyəcək sənəd imzalanacaq: "Belə bir sənədlər bir neçə il öncə Rusiya prezidentinin vasitəçiliyi ilə imzalanmışdı. Son olaraq ümumi ifadələr əks olunan sənəd ortaya qoyulacaq. Böyük Səkkizlərin toplantısında ABŞ, Rusiya, Fransa çox önəmli bəyanat qəbul etdilər. Amma mən ötən ilki bəyanata diqqət yetirdim. Ötən il Kanadada "G 8" toplantısında üç həmsədr dövlət başçısı bundan sərt açıqlama verdilər. Hətta orada belə bir ifadə var idi ki, "Munaqişənin bir addımlığında bu məsələlər çözülməlidir". Gördüyünüz kimi o zaman bir addımlığında ifadəsi çox şey kəsb edirdi. Lakin bir il keçdi biz dəyişikliyin baş verməsini şahidi olmadıq. Önəmli olan böyük dövlətlərin Ermənistana təzyiq etməsidir. Çünki masa üzərində olan planı Azərbaycan hakimiyyəti qəbul edib. Vacib nüans Ermənistanın qəbul etməsidir. Ermənistan isə qəbul etmir. Böyük dövlətlər isə öz növbəsində ona təzyiq etmək fikrindən uzaqdırlar. Ola bilsin ki, böyük dövlətlər Deyton sazişində olduğu kimi Azərbaycan və Ermənistanı məcbur edələr. Lakin mən hələ ki, Ermənistana təzyiqlərin işartılarını gömürəm".
Politoloq həmçinin vurğulayıb ki, əgər bu il Dağlıq Qarabağın nizamlanmasında nəticə əldə olunmazsa münaqişənin həlli uzanacaq: "Eyni zamanda fikir bir ay öncə Azərbaycan mətbuatında həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, həmsədrlər Kazan görüşü barəsində optimist bəyanatlarla çıxış edirdilər. Son bir həftənin açıqlamalarında isə həmin şəxslər pessimist münasibət bildirirlər. Bununla onlar əslində beynəlxalq aləmə bir ismarıc göndərirlər ki, yəni Dağlıq Qarabağ münaqişəsinin həlli Kazanda da həll olunmaya bilər. Müharibə bəyanatlarına gəlincə isə bildirmək istərdim ki, Soçi görüşündən sonra hərb barəsində bəyanatlar da səngiməyə başlayıb. İndiki şəraitdə bunun da öz səbəbləri var. İndi Azərbaycan musiqi yarışmasında qələbə çalıb və mayda bizdə "Evrovision" keçiriləcək. Mən düşünmürəm ki, belə bir ərəfədə nəsə olsun. Bu ildə məsələ həll olunmasa 2012-də Ermənistanda seçkilərdir, 2013-də isə Azərbaycanda. Seçkilər olan dönəmdə heç bir tərəf risk etmir".
Türkiyənin siyasi sferasında oluna biləcək dəyişikliyə baxmayaraq Azərbaycanla bağlı rəsmi Ankaranın siyası baxışları dəyişməz olaraq qalacaq. Politoloq hesab edir ki, bütün bunlara baxmayaraq iki ölkə arasında soyuq münasibətlər formalaşmağa başlayıb: "Ermənistanla protokollar imzalandı bir neçə il öncə. Gördük ki, Azərbaycan amili çox ağır olduğuna görə, Ərdoğan Sürix protokollarını parlamentdə ratifikasiya etmədi. Bu çox önəmli faktor idi ki, Azərbaycanını maraqları Türkiyədə nəzərə alınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB