Əli Həsənov: \"Bütün dünya yaxşı bilir ki, Ermənistan faşist rejimi yaradıb və qeyri-konstruktiv mövqedədir\" - MÖVQE

Əli Həsənov: \"Bütün dünya yaxşı bilir ki, Ermənistan faşist rejimi yaradıb və qeyri-konstruktiv mövqedədir\" - MÖVQE

Xəbər verildiyi kimi, bu gün "Azərbaycanda məcburi köçkün və yerli fermerlərin həyat səviyyəsinin yaxşılaşdırılması -FAO təcrübəsinin ölkənin digər rayonlarında təkrarlanması imkanları" mövzusunda konfrans keçirilib.

Mətbuata açıqlama verən Əli Həsənov ilk öncə tədbir barəsində təəssüratlarını bölüşüb: \"Tədbirdə mən qonaqlara bir neçə iradımı da bildirdim. FAO bu tədbiri qaçqın və məcburi köçkünlərlə bağlı edib. Amma hazırlanan hesabatlarln heç birində təəssüf ki, Ermənistanın təcavüzkar olduğu qeyd olunmayıb, biz bunu irad kimi bildirdik və onu da qeyd edim ki, bundan sonrakı tədbirlərdə hər hansı təşkilat bu nüansa fikri verməsə biz onlarla əməkdaşlığı dayandıracayıq. Biz hamıya hörmət edirik, amma bu da qarşılıqlı olmalıdır. Azərbaycan ərazisində qaçqın və məcburi köçkünlər barəsində tədbir həyata keçirəsən, amma Ermənistanın təcavüzü barəsində bir kəlmə belə deməyəsən".

Bundan sonra Ə.Həsənov bildirib ki, təşkiltalar hazırladıqları smeta xərclərinə də diqqət yetirməlidirlər: \"Məsələn, həyata keçirilən tədbirlərdə kənd təsərrüfatı ilə bağlı seminarların keçirilməsinə çox da böyük vəsait ayırmaq lazım deyil. Çünki bu insanlar öz torpaqlarında tərəvəzçiliklə məşğul olublar".

Prezidentlərin "Kazan" görüşü barəsində də fikir bildirən Ə.Həsənov baş tutan hər bir görüşü irəliyə addım kimi qiymətləndirib: "Avropa İttifaqı da, qonşu dövlətlər də bu problemin həll olunmasında maraqlıdırlar, amma burda bir nüans var ki, təsir burda təkcə Azərbaycana olmamalıdır. Çünki problemin həllində maraqlı olan tərəf yalnız Azərbaycandır. Bütün dünya yaxşı bilir ki, Ermənistan faşist rejimi yaradıb və qeyri-konstruktiv mövqedədir. Ermənistana təsirləri artırmaq lazımdır ki, bu mövqelərindən əl çəksinlər. İnanıram ki, Kazan görüşündə irəliyə doğru addımlar atılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə