Yeni Azərbaycan Partiyası ABŞ dövlət katibinin köməkçisinə cavab verdi
Xəbər verildiyi kimi, ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Tomas Melia jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti daha yaxşı ola bilər və olmalıdır. SİA-nın verdiyi məlumata görə, Dövlət katibinin insan haqları üzrə köməkçisi daha çox Azərbaycan haqqında bilgisinin az olduğu ilə diqqəti çəkib. Yalnız sübutsuz ittihamlara üstünlük verən cənab Melia daha çox ölkəsinin mənafeyindən çıxış edərək bir müddət əvvəl yayımı TeleRadio Şurası tərəfindən qadağan edilmiş radioların yenidən fəaliyyət göstərməsini arzuladığını, bunun üçün rəsmilərlə görüşlər keçirmək istədiyini bildirib.
Melianın fikirlərinə ilk reaksiya hakim partiyadan gəlib. "İstənilən sahə ilə əlaqədar "daha çox iş görmək olar" sözünü demək mümkündür. İqtisadiyyat sahəsində, digər sahələrdə, eyni zamanda, ABŞ-ın özündə insan hüquqlarının təmin olunması sahəsində də "daha çox iş görmək olar", - bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov bildirib.
YAP-ın icra katibinin sözlərinə görə, əgər Melia bu sözləri Azərbaycana aid edərək deyirsə, bu ifadəni eyni dərəcədə ABŞ-a da aid etmək olar: "Qoy insan hüquqları sahəsində daha çox işləsinlər. Bütövlükdə dünyada insanların sağlamlığının, həyatının qorunması sahəsində çox işləsinlər. Bu sözləri özlərinə də aid etsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB