Beynəlxalq ekspert: “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktdır” - MÖVQE
"Qarabağ münaqişəsi hər an partlaya bilən bombadır". SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri Beynəlxalq Böhran Qrupunun eksperti Huq Pop açıqlaması zamanı deyib. Türkiyə-Ermənistan münasibətlərində Azərbaycan faktorunu dəyərləndirən ekspert bildirib ki, iki ölkə arasında münasibətlərin perspektivində Azərbaycan diqqətdən yayınmayacaq əsasdır. Açıqlamanın davamında Azərbaycanla Türkiyənin qardaşlıq münasibətlərinin Ermənistanı çərçivədən kənarda qoyduğu da dilə gətirilib.
Lakin nəzərə çatdıraq ki, Türkiyə-Azərbaycan qardaşlığı ekspert tərəfindən heç də xoşluqla ifadə olunmayıb. Türkiyənin münaqişənin həllinə təsir edə bilməsi üçün Ermənistanla yaxınlaşması lazım olduğunu iddia edən ekspert Ermənistanı işğalçı dövlət kimi tanıyıb: \"Göründüyü kimi, Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) Ermənistanla münasibətlərin qurulması məsələsində irəliyə doğru addım atmadı. Bu məsələdə isə Azərbaycanın rolu böyükdür, çünki Azərbaycan Türkiyə üçün heç vaxt gözardı edilməyəcək ölkədir. Bütün bunlarla yanaşı, Ermənistanın Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal etməsi faktdır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB