\"Kazan görüşündə tərəflər razılığa gəlməsələr münaqişənin həlli ilə bağlı güzəştlər getdikcə çətinləşəcək\". SİA-nın məlumatına görə, bu sözləri Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer "Jamanak" qəzetinə müsahibəsi zamanı deyib.
Kazan görüşü ilə bağlı fikirlərini bildirən Freyzer, bu dəfə ümidlərin əvvəlkindən daha çox olduğunu diqqətə çatdırıb: \"İyunun sonunda Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü planlaşdırılır. Məlum olduğu kimi, bu artıq İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın 9-cu üçtərəfli görüşləridir. Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətlənmiş bu görüşdə hansısa nəticənin əldə olunub-olunmayacağını demək mümkün deyil. Amma, ən azından bunu əminliklə demək olar ki, Kazan görüşünə ümidlər əvvəlkilərə nisbətən daha çoxdur. Çünki, artıq zaman keçdikcə məsələnin həlli zəruriləşir. Əgər bu dəfə də tərəflər hər hansı razılığa gəlməsələr, getdikcə münaqişənin həllində kompromisə getmək daha da çətinləşəcək\".
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi 4 qətnaməsini həyata keçirmək istəməyən, qeyri-konstruktiv mövqe sərgiləyən Ermənistan bu günə qədər icra etməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB