Əli Əhmədov: “Siyasi partiyaların maliyyələşməsində ən asan, ədalətli və az sual doğuran forma onların Milli Məclisdə təmsil olunmasıdır”
"Azərbaycan Respublikasında mövcud olan Siyasi Partiyalar Haqqında Qanunun təkmilləşdirilməsi və ya yeni qanunun qəbul edilməsi ilə bağlı dəfələrlə təkliflər səsləndirilib. Bu məsələyə Yeni Azərbaycan Partiyası da öz münasibətini bildirib". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov məlumat verib.
YAP-ın icra katibi bildirib ki, istənilən qanun təkmilləşməyə möhtacdır, o cümlədən də \"Siyasi partiyalar haqqında\" Qanun yenidən işlənməyə ehtiyac hiss edir: "Biz bunun dərk edirik. Güman edirəm ki, bu qanun cidd şəkildə düşünülməli və işlənməlidir. Bir neçə partiyalar və onların təmsilçiləri tərəfindən Siyasi Partiyalar Haqqında Qanun işlənərkən bəzi məqamların nəzərə alınmasından ibarət təkliflər irəli sürülüb. Bunların hamısı təhlil ediləcək və yəqin ki, nıəzərə alınacaq. Siyasi partiyalar Azərbaycanın indiki müasir şəraitinə uyğun şəkildə fəaliyyət göstərməlidirlər. Onların bəziləri bu və ya digər dərəcədə fəaliyyət göstərə bilir, ancaq Azərbaycanda elə siyasi partiyalar var ki, onlar bütövlükdə fəaliyyət göstərə bilmir, onların fəaliyyət göstərmək potensialı yoxdur. Ona görə də düşünürəm ki, Siyasi Partiyalar Haqqında Qanunu dəyişdirərkən Azərbaycan cəmiyyətinin bütövlükdə siyasi partiyalar haqqında təsəvvürlərini müasir standartlara uyğunlaşdırılmasına çalışmalıyıq. Siyasi partiyalar hansı prinsiplər əsasında fəaliyyət göstərməlidir, dəyərləri və istiqamətlərinin nədən ibarət olması və digər məsələlərin hamısı ciddi şəkildə müzakirə edilməlidir".
Ə.Əhmədov qeyd edib ki, müzakirə olunan çox əhəmiyyətli məsələlərdən biri də siyasi partiyaların maliyyələşdirilməsidir. Maliyyələşmə barəsində fikirləşməyin lazım olduğunu deyən icra katibi vurğulayıb ki, bu barədə ən optimal prinsipin partiya nümayəndələrinin Milli Məclisdə təmsil olunmasıdır. Onun sözlərinə görə, bütövlükdə siyasi partiyaların maliyyələşməsini ölkə cəmiyyətinə verilə biləcək təsəvvürlərin ən üstünü hesab etməzdim.
"Bu siyasi partiyalar haqqında müzakirə edilən məsələlərin birincisi deyil. Amma bir sıra partiyalar tərəfindən onların maliyyələşdiirlməsi məsələsi çox ciddi şəkildə aktuallaşdırılıb. Belə olan halda hesab edirəm ki, müzakirə predmetinə çevrilən məsələlərdən biri də bu ola bilər. Dünya praktikası da əsasən buna istinad edir. Yerdə qalan meyarların üzərində təhlil etsək, çox ciddi bir qarmaqarışıqlıq yaranar. Azərbaycanda seçki sistemi təkmandatlı dairələr üzrə majoritar qaydada keçirirlir. Bunun özü də siyasi partiyaların maliyyələşməsinə, fəaliyyətinə ciddi təsir göstərir. Bu amil mütləq şəkildə siyasi partiyaların maliyyələşdirilməsi məsələsi işlənərkən nəzərə alınmalıdır. Ən asan, ədalətli və ən az sual doğuran forma siyasi partiyaların Milli Məclisdə təmsil olunmasıdır. Siyası partiya təmsilçilərinin Milli Məclisdə təmsil olunması, həm də həmin partiyaların xalq tərəfindən necə dəstəkləndiyini ifadə edir. Bu mənada bütün baxış və yanaşmalardan bu ədalətli sayıla bilər. Amma digər partiya təmsilçilərinin fərqli yanaşmaları var. Əlbəttə, hər bir partiya istəyir ki, əgər partiyaların dövlət tərəfindən maliyyələşmə məsələsi reallığa çevrilərsə, ondan fayda götürüsünlər. Amma mən hesab edirəm ki, siyasi partiyaların bu məsələdə səylərinin gücündə partiyaların faydalanması yox, onların daha səmərəli və çox işləməsi üçün daha etibarlı bir mexanizmin yaranması olmaldır. Əgər biz belə yanaşsaq, güman edirəm ki, daha səmərəli bir mexanizmin işlənib hazırlanmasına nail ola bilərik", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB