Əli Əhmədov: “YAP tərəfindən təşkil olunan konsertdən toplanan vəsait “Silahlı Qüvvələrə Yardım Fondu”na köçürüləcək”

Əli Əhmədov: “YAP tərəfindən təşkil olunan konsertdən toplanan vəsait “Silahlı Qüvvələrə Yardım Fondu”na köçürüləcək”

Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan xeyriyyə konserti Azərbaycan Respublikası "Silahlı Qüvvələrinə Yardım" Fonduna dəstək vermək məqsədilə keçirilir. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi, millət vəkili Əli Əhmədov məlumat verib. O bildirib ki, YAP hər zaman bu və ya digər formada Azərbaycanın Silahlı Qüvvələrinə maddi və mənəvi dəstək aksiyaları həyata keçirir. Bunun hər bir YAP üzvünün vətəndaşlıq borcu olduğunu deyən Ə.Əhmədov hesab edib ki, bu konsertin təşkil olunması da bir tərəfdən Yeni Azərbaycan Partiyasının ordu quruculuğunun gücünün və qüdrətinin artırılmasına bir növ dəstəyi ifadə edir.

"Bu konsertin təşkil olunması da YAP-nın fəal üzvlərinin iştirakı ilə həyata keçirilir. Tamaşaçıların qarşısında partiyanın üzvü olan mədəniyyət xadimləri çıxış edəcəklər. Bu konsert YAP üzvləri tərəfindən təşkil olunub və burada toplanan vəsait "Silahlı Qüvvələrə Yardım Fondu"na köçürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə