Ukraynada Rusdilli Mətbuatın XIII Ümumdünya Konqresi öz işinə başlayıb
Xəbər verildiyi kimi Ukraynada Rusdilli Mətbuatın XIII Ümumdünya Konqresi keçirilir. SİA-nın aldığı məlumatda bildirilir ki, tədbir iyunun 14-dən başlayıb.
Aldığımız məlumata görə, Ukrayna prezidenti Viktor Yanukoviç də bu dəqiqələrdə təntənəli açılış mərasiminə qatılmaq üçün konqresin keçirildiyi məkana gəlib.
Bildirilir ki, tədbiri giriş sözü ilə Rusdilli Mətbuatın Ümumdünya Assosasiyasının prezidenti Vitali İqnatenko açacaq. Sonra söz Ukrayna prezidentinə veriləcək. V.Yanukoviçdən sonra Rusiya prezidentinin tədbir iştirakçılarına təbrikini Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin çıxışı zamanı çatdıracaq.
Məlumat üçün bildirək ki, Azərbaycan da bu mötəbər tədbirdə "Exo" qəzetinin baş redaktoru Rauf Talışinski, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Trend" İnformasiya Agentliyinin Baş direktoru İlqar Hüseynov, "Olaylar" İnformasiya Agentliyinin Baş direktoru Yunus Oğuz və digərləri ilə təmsil olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB