Ukraynanın paytaxtında Milli Qurtuluş günü qeyd ediləcək

Ukraynanın paytaxtında Milli Qurtuluş günü qeyd ediləcək

Sabah Kiyev şəhərində Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi Milli Qurtuluş günü ilə bağlı tədbir keçirəcək. Bu barədə SİA-nın Ukrayna bürosuna səfirliyin əməkdaşı Fərid Babayev məlumat verib.

Səfirlik rəsmisi tədbirin Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin heykəli önündə keçiriləcəyini bildirib. Tədbirdə Ukrayna Azərbaycanlıları Konqresinin nümayəndələri, Azərbaycanlı gənclər və qonaqların da iştirakı gözlənilir.

Əlmaniz Ələkbərli, SİA-n Ukrayna bürosu

Bütün xəbərlər Facebook səhifəmizdə