DVB-T yayım sisteminə keçidə hazırlıqla bağlı tədbir keçirilib

DVB-T yayım sisteminə keçidə hazırlıqla bağlı tədbir keçirilib

Milli Televiziya və Radio Şurasında (MTRŞ) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və ümumrespublika televiziya yayımçılarının texniki sahə üzrə məsul şəxslərinin iştirakı ilə rəqəmli televiziya (DVB-T) yayım sisteminə keçidə hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə tədbir keçirilib.

MTRŞ-dan SİA-ya verilən məlumata görə, tədbir Azərbaycan Nazirlər Kabinetinin bu il fevralın 10-da verdiyi 26 saylı qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində rəqəmli televiziya (DVB-T) yayım sisteminin tətbiqi və inkişafı Proqramı"na uyğun olaraq təşkil olunub.


Tədbirdə RİTN tərəfindən rəqəmli televiziya (DVB-T) yayım sisteminə keçilməsi üzrə zəruri tədbirlərin görüldüyü vurğulanıb, teleradio yayımçılarının rəqəmli televiziya yayım sisteminə keçidə hazır olduqları müəyyən edilib və 2011-ci ilin rəqəmli televiziya yayım sisteminə keçid üçün əlverişli olduğu müəyyənləşdirilib.


Tədbirdə, həmçinin MTRŞ tərəfindən Azərbaycan vətəndaşlarına rəqəmli televiziya yayım sisteminin tətbiqinə hazır olmalarına və DVB-T yayım sistemini dəstəkləməyən televizorların alınmamasına, sahibkarlara isə respublikaya gətirilən televizorların yalnız rəqəmli televiziya yayım sistemini dəstəkləməsinə və ona uyğun olmasına diqqət ayırmalarına dair müraciət səsləndirilib, bu sahədə təbliğat işinin aparılmasının vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня