YAP Sabunçu rayon təşkilatında Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

YAP Sabunçu rayon təşkilatında Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının qərargahında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyət gəlməsinin 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon icra hakimiyyətinin başçısı Əlibaba Əliyev, millət vəkilləri Eldar Quliyev və Qabil Salahzadə iştirak edirib. Qonaqlar ilk öncə təşkilatın qəragahının foyesində ucaldılmış ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib əklil və gül çiçək dəstələri düzüblər. Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən filmə tamaşa ediblər. Sabunçu rayon icra hakimiyyətinin başçısı Əlibaba Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəs edib. Qeyd edib ki, ulu öndər Heydər Əliyev ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı dünya xəritəsindən sislinmək təhlükəsindən xilas edib.

Sabunçu rayon 142 saylı məktəbin direktoru Gülnaz Abdullayeva da Ulu öndərin həyatının müxtəlif dövrələrini özündə əks etdirən fikirlərlə çıxış edib.

Milli Məclisin üzvü Eldar Quliyev də, çıxışında 15 İyun Milli Qurtuluş Gününün bizim hamımız üçün böyük bir bayram olduğunu vurğulayıb. Millət vəkili ulu öndərlə bağlı xatirələrindən bəhs edərək, Onun millətimiz və dövlətimiz qarşısındakı misilsiz xidmətlərinə toxunub.

Tədbirin sonunda rayon ictimaiyyəti adından 15 iyun Milli Qurtuluş Günün ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Tapdıq Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə