Rövnəq Abdullayev: “Azərbaycan qazının Türkiyəyə tranziti üzrə sazişin imzalanması rəsmi Ankara üçün ciddi siyasi bir qərar olacaq”
Azərbaycan qazının Türkiyəyə tranziti üzrə sazişin imzalanmasını hər dəqiqə gözləmək olar. SİA-nın xəbərinə görə, bunu Astanada səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev müsahibəsində deyib: "Sazişin imzalanması Türkiyə üçün ciddi siyasi bir qərar olacaq. Bildyiniz kimi, hazırda Türkiyədə parlament seçkiləri keçirilib. Ehtimal ki, seçkilərdən sonra Türkiyə bu barədə qərar verəcək"-deyə, o əlavə edib.
Rövnəq Abdullayevin sözlərinə görə, bu gün əsas diqqət Azərbaycan qazının Avropaya nəqli marşrutlarının seçilməsinə yetirilir. Belə ki, oktyabrın əvvəlinədək sıralarında \"Nabukko\", TAP, ITGI-nin olduğu nəzərdə tutulan boru kəməri layihələri Azərbaycan qazının Avropaya nəqli üçün öz təkliflərini təqdim etməlidirlər. O, qeyd edib ki, tranzit məsələsinin razılaşdırılmasına marşrut seçiləndən sonra qayıtmaq olar: "Avropa bazarında tariflər eynidir və hər şey boru kəməri layihələrinin nəql üçün təklif edəcəkləri tariflərdən asılı olacaq\".
Qeyd edək ki, cari il oktyabrın 1-dək \"Cənub qaz dəhlizi\" layihələrinin iştirakçıları \"Şahdəniz\" yatağının işlənməsi üzrə tərəfdaşlara qazın Avropaya göndərilməsi ilə bağlı şərtləri təqdim edəcəklər. İlin sonunadək bu təkliflər qiymətləndirilərək layihələrdən birinin xeyrinə qərar qəbul ediləcək.
Xatırladaq ki, \"Cənub dəhlizi\" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. \"Cənub dəhlizi\" layihəsinə aiddir: \"Nabukko\" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), \"Ağ axın\", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB