Mixail Qusman: “BSANNA-nın Bakı toplantısının çox yüksək səviyyədə və məhsuldar keçəcəyinə inanıram” - MÜNASİBƏT
Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc MDB və Avropa informasiya agentlikləri arasında özünə layiq yer tutur. SİA-nın xəbərinə görə, bunu İTAR-TASS agentliyi baş direktorunun müavini Mixail Qusman jurnalistlərə açıqlamaısnda deyib. Doğma şəhərinə növbəti gəlişindən şad olduğunu deyən M.Qusman BSANNA-nın Bakı toplantısının çox yüksək səviyyədə və məhsuldar keçəcəyinə inamını ifadə edib.
M.Qusman bildirib ki, AzərTAc-ın işi çox peşəkar səviyyədə qurulub: "Burada yüksək səviyyəli iş gedir. Sevinirəm ki, bu gün AzərTAc dünyanın ən iri informasiya qurumlarında təmsil olunub. Buna görə də mən bu agentliyin rəhbərinə dərin hörmət bəsləyirəm. Belə yüksək səviyyəli qəbula görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB