Əhmədinejadın İrəvana getməməsinin gilzi məqamları

Əhmədinejadın İrəvana getməməsinin gilzi məqamları

İran prezidenti Mahmud Əhmədinejadın İrəvana nəzərdə tutulan səfəri təxirə salınıb. SİA-nın xəbərinə görə, məlumatı Ermənistan prezidentinin mətbuat xidməti yayıb. Amma səfərin ertələnməsinin səbəbləri açıqlanmır.

İran prezidentinin informasiya kommunikasiyaları administrasiyası rəhbərinin müavini Məhəmməd Həsən Salehi Mərama istinadla yayılan məlumatda isə bildirilir ki, səfər Ermənistan tərəfinin prezidentlərin görüşü zamanı mübadilə üçün nəzərdə tutulan sənədləri vaxtında hazır etməməsi səbəbindən təxirə salınıb. Diplomatik mənbələrdən sızan məlumata görə, İran prezidentinin səfəri heç də buna görə ertələnməyib. Səbəb başqadır. Belə ki, səfərin təxirə salınmasında ilkin versiya prezidentin ən yaxın adamlarının ölkədən kənara çıxmaması ilə bağlı tapşırığın verilməsidir. Burada ilkin səbəb prezidentin ali dini liderlə arasında mövcud olan problemlə bağlıdır.

İkinci səbəb isə sırf Azərbaycanla bağlıdır. Bəllidir ki, iyunun 25-də Kazanda həmsədrlərin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir. Bu görüş ərəfəsində Moskva Ermənistanın İranla yaxınlaşmasını istəmir: "Rusiya Kazan görüşü ərəfəsində İranın Qarabağ danışıqlarında təşəbbüsü ələ almasından narahatdır. Buna görə də İrəvana təpinib ki, İran prezidentinin səfərini təxirə salsın".

Bütün xəbərlər Facebook səhifəmizdə