İlham Əliyev Böyük Britaniya Kraliçasını təbrik edib

İlham Əliyev Böyük Britaniya Kraliçasını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabeti təbrik edib.

SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.

Bu gün Azərbaycan ilə Birləşmiş Krallığı sıx dostluq və əməkdaşlıq əlaqələri birləşdirir. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, bir sıra mühüm sahələri əhatə edən iş birliyimizin müvəffəqiyyətlə davam etdirilməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir".

İlham Əliyev Kraliça II Elizabetə möhkəm cansağlığı, işlərində uğurlar, Birləşmiş Krallığın dost xalqına sülh və firavanlıq diləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə