İsveçin xarici işlər naziri Azərbaycana gələcək

İsveçin xarici işlər naziri Azərbaycana gələcək

Cari ilin 12-13 iyun tarixlərində İsveç Krallığının xarici işlər naziri Karl Bildtin Azərbaycan Respublikasına rəsmi səfəri nəzərdə tutulub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfər proqramı çərçivəsində Karl Bildt 2011-ci ilin 13 iyun tarixində Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.

Nazir E. Məmmədyarovla görüşdən sonra mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə