Bakı şəhərində keçiriləcək hərbi parada hazırlıqlara start verilib - FOTOSESSİYA

Bakı şəhərində keçiriləcək hərbi parada hazırlıqlara start verilib - FOTOSESSİYA

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 93-cü ildönümü münasibətilə Bakı şəhərində keçiriləcək hərbi parada hazırlıqlara start verilib. SİA-nın məlumatına görə, artıq "Azadlıq" meydanında paradı müşahidə edəcək qonaqlar üçün tribunalar qurulub və texniki məsələlər sınaqdan keçirilir. Artıq meydanın asfalt örtüyünün qaydaya salınması və ətrafda səliqə-sahman yaradılmasına başlanılıb. Parada iştirak edəcək şəxsi heyətin hazırlıqlarına da start verilib. Müdafiə Nazirliyinin bəzi ordu birləşmələrinin heyəti Təlim və Tədris Mərkəzində hazırlıq keçir. Eyni zamanda Daxili və Sərhəd qoşunlarının paradda iştirak edəcək heyətləri də hazırlıqlarını davam etdirir.

Bu gün isə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) "Mi-8" və "Mi-24" helikopterləri Bakı səmasında təlim-məşq uçuşları keçirib. Qeyd edək ki, hərbi paradda bütün qoşun növlərini təmsil edən şəxsi heyət iştirak edəcək və texnika nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə