Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilir

Bu gün Milli Məclisin növbədənkənar iclası keçirilir

Azərbaycanın dövlət himinin oxunması ilə açılan iclasda cari məsələlər müzakirə olunub. İlk oncə çıxış edən millət vəkili Fuad Muradov fəaliyyəti dayandırılmış özəl ali təhsil ocaqlarının tələbələrinin qarşılaşdığı problemlərə diqqət çəkib. O, bildirib ki, həmin univesitetlərin məzunları belə, dövlət, eləcə də özəl qurumlara iş üçün müraciət etdikdə problemlərlə üzləşirlər. Gələcəkdə bu kimi halların ortaya çıxmaması üçün özəl ali təhsil müəssisələri ilə bağlı qanunvericiliyə dəyişiklər etmək lazımdır.

Deputat İqbal Ağazadə isə Türkiyədə sui-qəsd iddiaları ilə həbs edilmiş, Qarabağ döyüşlərinin iştirakçısı Yusif Ziya Arpacığın həbsdən azad edilməsi üçün Milli Məclisin Türkiyə tərəfinə müraciət göndərməsi, eyni zamanda keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin əfv edilməsi təklifi ilə çıxış edib.

Millət vəkili Siyavuş Novruzov isə həmkarının Bəxtiyar Hacıyevin əfv edilməsi ilə bağlı təklifinə münasibət bildirərək deyib ki, hələ istintaq getdiyi halda kimisə əfv etmək mümkün deyil.

Dini və ya digər baxışlarına görə alternativ xidmətdən istifadəyə gəlincə, deputat bundan istifadənin mümkünlüyünü vurğulayıb: "Hansısa müəllimin uşağı hərbi xidmətə getmirsə, 5-6 il cəza çəkir. Kimsə göydən zənbillə düşməyib. Avropada cinsi azlıqlar hərbi xidmət çəkə bilmirlər. O ki, qaldı dini baxışına görə, İslam dinində ələ silah almağın heç bir qadağası yoxdur".

Daha sonra iclasın gündəliyinə təklif olunan məsələlər müzakirəyə çıxarılıb. Əvvəlcə "Əmək Pensiyaları haqqında" Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qanuna 19.3-cü maddə əlavə olunub.

Əlavədə qeyd olunur ki, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsi üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat əlavə hesablanır.


Dövlət Sosial müdafiə Fondunun sədri Səlim Müslümov isə deyib ki, Azərbaycanda 10 723 nəfər elmlər doktoru və elmlər namizədi var. Bunun 1 827 nəfəri elmlər doktoru, 8 896 nəfəri isə elmlər namizədidir ki, onlardan da 5 910 nəfəri pensiya yaşındadır: "Dəyişiklik təsdiq ediləndən sonra pensiyaların artımla verilməsi üçün 1 ayda 830 min manat, 6 ayda isə 5 mln. manata ehtiyac var".


Milli Məclisdə Əmək Məcəlləsinə dəyişikliklər də qəbul edilib. Dəyişikliklərə əsasən Azərbaycanda dövlət büdcəsindən maliyyələşən idarələrdə çalışan şəxslər üçün müəyyənləşdirilmiş yaş senzi elmi-tədqiqat müəssisələrində çalışan şəxslərə, ali məktəb müəllimlərinə şamil olunmayacaq.

Azərbaycanda \"Dövlət qulluğu haqqında\" qanuna əvvəllər edilmiş dəyişikliklərə görə, dövlət qulluqçuları üçün ən son yaş senzi 65 yaş müəyyən edilib.

65 yaşı tamam olan dövlət qulluqçusunun qulluq müddəti icra hakimiyyətinin müvafiq orqanılarının rəhbərləri tərəfindən hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər . Dövlət qulluğunda olmaq müddətinin uzadılmasına beş ildən artıq icazə verilmir.

Qeyd edək ki, Milli Məclisin bügünkü novbədənkənar iclasında ümumilikdə 24 məsələ müzakirəyə çıxarılıb

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня