Əli Orucov: "Heç kəs mənim söz demək hüquqularımı əlimdən almayıb və heç kəsə də güzəştə getmək fikrim yoxdur" - AÇIQLAMA

Əli Orucov: "Heç kəs mənim söz demək hüquqularımı əlimdən almayıb və heç kəsə də güzəştə getmək fikrim yoxdur" - AÇIQLAMA

"AMİP İctimai Palatadan çıxmayıb. Oradakı fəaliyyətini dayandırıb". Bunu SİA-ya açıqlmasında Azərbaycan Milli İstiqlal Partiyasının mətbuat və təbliğat katibi Əli Orucov deyib.

Partiya fuksioneri İctimai Palatanın siyasi partiyaların təsis etdiyi bir qrum olmadığını, onun vətəndaş cəmiyyətinin üzvləri tərəfindən yarıdılan təşkilat olduğunu söyləyib. "Ona görə də, mən də fərdi qaydada İP-nın təsisçisi ikimi orada qalmışam", - deyə Ə.Orucov İctimai Palatada təmsil olunmasının səbəbini açıqlayıb.

"Bir zamanlar dağıdıcı adlandırdığımız qüvvələrlə partiyanızın prinsiplərinin ziddinə olaraq bir masa ətrafında əyləşmisiniz" sualına da Ə.Orucov birmənalı cavab verib. Bildirib ki, onun İP-da qalması fərdi qaydada mümkün olub. "Ona görə də, burada mənim mövqeyim partiyanın mövqeyi ilə ziddiyyət təşkil etmir", - deyə Ə.Orucov əlavə edib.

Ə.Orucov eyni zaman mitinqlərdən danşarkən fərdi olaraq belə bir qararın verilməsinin tez olduğunu söyləyib. "Çünki ilk növbədə təşkilatlanma işinə əhəmiyyət vermək lazımdır. Əks təqdirdə bu kimi aksiyaların keçirilməsi istənilən səviyyədə bu effekti verməz", deyən Ə.Orucov İP-nın üzvü olaraq onun vermiş olduğu qərarın əksinə çıxmasına da aydınlıq gətirib: "Heç kəs mənim söz demək, fikir yürütmək hüquqularımı əlimdən almayıb və heç kəsə də, güzəştə getmək fikrim yoxdur".

Tapdıq

Bütün xəbərlər Facebook səhifəmizdə