Prezident İlham Əliyev Sloveniyada rəsmi səfərdədir

Prezident İlham Əliyev Sloveniyada rəsmi səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Sloveniya Respublikasına rəsmi səfərə gəlib.

SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Lyublyananın "Joze Puçnik" hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Sloveniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Brdo qəsrinin önündə Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Sloveniya Prezidenti Danilo Türk Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Sloveniyanın dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Sloveniyanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Danilo Türkə təqdim olundu.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.




Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня