Rövşən Rzayev: “AŞPA-nın yay sessiyası Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətində vacib tribuna olacaq” - MÖVQE

Rövşən Rzayev: “AŞPA-nın yay sessiyası Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətində vacib tribuna olacaq” - MÖVQE

"Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağla bağlı Alt komitənin fəaliyyətinin bərpa edilməsi Azərbaycanın uğurudur. Ermənistan tərəfinin bu komitənin işindən boyun qaçırması onların əsil mahiyyətini beynəlxalq ictimaiyyətə göstərir". SİA-nın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Ermənistan prezidenti qurumun yay sessiyasında çıxışı zamanı ona bu və digər suallar veriləcək.Nümayəndə heyətinin üzvünün sözlərinə görə, artıq deputatlarımız suallarla bağlı siyahıya yazılıblar. Onun fikrincə, sessiya vasitəsilə dünya birliyi bir daha Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin şahidi olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə