Geologiya İnstitutunun əməkdaşları Avstriyada keçirilmiş konfransda iştirak ediblər

Geologiya İnstitutunun əməkdaşları Avstriyada keçirilmiş konfransda iştirak ediblər

Avstriyanın paytaxtı Vyanada Geoloq-Alim və Mühəndislərin Avropa Assosiasiyasının beynəlxalq konfransı keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun alimləri – geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktorları Südabə Mirizadə, Ülviyyə Mövsümova və gənc geoloq-doktorant Şəlalə Hüseynova tədbirdə iştirak ediblər.

İnstitutun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, azərbaycanlı geoloqlar tədbirə "Cənubi Xəzər hövzəsinin qərb yamacının sahil və mərkəzi zonalarının üçölçülü petrofiziki modeli" adlı elmi məqalə ilə qatılmışlar. Məqalə Ş.Hüseynova tərəfindən məruzə edilmiş və konfrans iştirakçılarının böyük marağına səbəb olub

.

Bütün xəbərlər Facebook səhifəmizdə