Qabil Hüseynli: "Müsavat Partiyası müsavatçılıq ideyalarından uzaq olduğunu Liberal Demokratik İttifaqa daxil olması ilə təsdiq etdi" - AÇIQLAMA

Qabil Hüseynli: "Müsavat Partiyası müsavatçılıq ideyalarından uzaq olduğunu Liberal Demokratik İttifaqa daxil olması ilə təsdiq etdi" - AÇIQLAMA

"Mənim yenidən Müsavat Partiyasına qayıtmaq barəsində fikrim yoxdur. Mənimlə birlikdə oradan istefa vermiş şəxslərdən biri, yenidən belə fikirə düşübsə, bu onun şəxsi fikiridir". Bunu SİA-ya açıqlmasında Müsavat Partiyasının sabiq divan üzvü Qabil Hüseynli bildirib.

O qeyd edib ki, müsavatçılıqla Müsavat Partiyasının üzvü olmaq ayrı-ayrı şeylərdir. "Bu günki Müsavat Partiyası müsavatçılıq ideyasından çox-çox uzaq düşüb. Partiya bunu Liberal Demokratik İttifaqa daxil olmağı ilə açıq şəkildə təsdiq etdi", - deyə Q.Hüseynli əlavə edib.

Sabiq müsavatçı həmçinin ölkədə fəaliyyət göstərən həm sağçı, həm də solçü təmayüllü partiyaların olduğunu və bunlardan da, kiminsə hansı ideologiyaya necə yaxın münasibət sərgilədiyini görməyin elə də çətin olmadığını söyləyib.

Tapdıq

Bütün xəbərlər Facebook səhifəmizdə