Prezident İlham Əliyev Azərbaycanın Serbiyadakı səfirliyinin açılışında iştirak edib.
SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, dövlətimizin
başçısı səfirliyin açılışını bildirən rəmzi lenti kəsib. Prezident İlham Əliyev
səfirliyin binasında yaradılmış şəraitlə tanış
olub.
Məlumat verilib ki, burada səfirliyin əməkdaşlarının iş şəraiti üçün hər cür imkanlar
yaradılıb. Səfirliyin binasının bütün otaqları müasir avadanlıqlarla təchiz
olunub.
Dövlətimizin başçısı səfirliyin əməkdaşları və Serbiya ictimaiyyəti qarşısında
çıxış etdi, onlarla xatirə şəkli çəkdirib.
. 





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB