Paytaxtda Cəmiyyət dəstəkli polis işinə dair II beynəlxalq konfrans keçirilir
Bu gün Bakıda ATƏT-in Bakı Ofisi Cəmiyyət dəstəkli polis işinə dair II beynəlxalq konfrans keçirir. SİA-nın xəbərinə görə, konfransda Azərbaycanın yüksək rütbəli polis məmurları ilə yanaşı, vətəndaş cəmiyyətinin təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edir.
Tədbiri giriş sözü ilə açan ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib ki, təmsil etdiyi qurum 5 il əvvəl başladığı bu layihə çərçivəsində Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək Azərbaycanda cəmiyyət dəstəkli polis işinin və polislə cəmiyyət arasında tərəfdaşlığın digər formalarını inkişaf etdirməyə çalışıb.
"Bu layihənin icrası nəticəsində polislə ictimaiyyət arasındakı ünsiyyətdə nəzərəçarpacaq dəyişiklilər baş verib. Bu da öz növbəsində daha yaxşı əməkdaşlıq etimadının yaranması ilə nəticələnir. Biz həmçinin qadınların sayının artırılması, eləcə də məişət zorakılığı və insan alveri kimi gender yönümlü qanun pozuntularına polisin daha səmərəli müdaxiləsini təkmilləşdirmək üçün müəyyən strategiyalar üzrə birgə çalışırıq.
Daha sonra çıxış edən daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov ATƏT-in Bakı Ofisinə təşkil etdiyi konfransa görə minnətdarlığını çatdırıb. O bildirib ki, hazırda Azərbaycanda cəmiyyətlə polis arasında qarşılıqlı münasibətlər mövcuddur.
Konfransın davamında ATƏT katibliyinin strateji polis məsələləri bölməsi Azərbaycanda icra olunan cəmiyyət dəstəkli polis layihəsinə dair hesablanma hesabatını təqdim edib. Həmin hesabatda cəmiyyət dəstəkli polis işində polis məmurlarının səriştəsinin təkmilləşdirilməsinə dair tövsiyyələr öz əksini tapıb. Hesabatda həmçinin, cəmiyyət dəstəkli polis işini təşkil etmək üçün polis strukturlarının təkmilləşdirilməsi məsələsinə də diqqət ayrılır və polislə cəmiyyət arasında qarşılıqlı əlaqələr üçün yeni imkanların yaradılması təklif olunur.
İlkin Nəcəfov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB