Rusiya və Azərbaycan arasındakı münasibətlər getdikə güclənir və strateji tərəfdaşlığa çevrilir. Hər iki dövlət keçmiş müttəfiqlər kimi ölkələr və xalqlar arasında dostqluq və əməkdaşlıq bağlarının daha sıx olmasına çalışır. Hazırda Rusiya və Azərbaycan arasında münasibətlərin yüksəlişdə olması müşahidə olunur. Buna isə Prezident Medvedevin son illər ərzində Azərbaycana 3 dəfə səfər etməsi, İlham Əliyevin isə öz növbəsində Rusiyanın müxtəlif regionlarına dəfələrlə səfər etməsi sübutdur.
Rusiya və Azərbaycan strateji tərəfdaşlıq xəttini seçib
"Bu gün Rusiya-Azərbaycan
münasibətləri haqqında inamla, hətta qürurla danışmaq olar. O qədər də sadə olmayan bir nöqtədən başlayaraq biz bu gün strateji tərəfdaşlıq adlandırılan səviyyəyə qalxa bildik. Bu münasibətlərin əsasını qarşılıqlı hörmət, bir-birinin ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini sözsüz qəbul etmək dayanır",- 12 iyun-
Rusiya
Günü ilə əlaqədar mətbuat konfransı keçirən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.
Xatırladaq ki, ötən ilin
sentyabrında Rusiya Prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri zamanı bir
sıra əhəmiyyətli sazişlər imzalanıb. Onların sırasında quru ilə sərhəd keçid xəttini əks etdirən dövlət sərhədi
haqqında müqavilə də var. Qeyd edək ki, Rusiya Azərbaycanın belə müqavilə
bağladığı ilk ölkə olub.
Ümumiyyətlə, SSRİ-nin
dağılmasından sonra Rusiya və Azərbaycan strateji tərəfdaşlıq, qarşılıqlı
münasibətlər xəttini seçib. Onun əsasında suverenliyə hörmət və bir-biri ilə
fəaliyyət azadlığı, qarşılıqlı maraq balansı dayanır.
Bütün bunlar Azərbaycanın
tarixi dostu və strateji müttəfiqi olan bu superdövlətlə siyasi, iqtisadi,
mədəni və digər əlaqələrin səviyyəsindən xəbər verir. Onu da qeyd etmək
lazımdır ki, son illərdə bu əlaqələr daha da dərinləşib və 2 ölkə arasında
münasibətlər bütün müstəvilərdə inkişaf edib.
"İlk 5 ayda ticarət dövriyyəsi
70 faizdən çox artıb"
2010-cu ildə dünya maliyyə
böhranının təsiri altında ölkələr arasında mal dövriyyəsinin artımı nəzərə
çarpıb. Rusiya qeyri-neft sektorunda Azərbaycanın vacib iqtisadi-ticarət
tərəfdaşı olaraq qalır. Bu ilin 5 ayı ərzində ölkələr arasında ticarət
dövriyyəsinin həcmi 70 faizdən çox artıb. Bu il ticarətdə rekord əldə ediləcəyinə
ümid bəslənir.
Qeyd edək ki, son dövrlərdə
qədər Rusiya və Azərbaycan arasında energetika sahəsində əlaqələr yüksək həddə
çatıb, belə ki, Rusiyanın \"Lukoyl\" şirkəti Azərbaycan ərazisində onlarla
YDM istismara verib və \"Şah Dəniz\" qaz layihəsində 10 faizlik payla
iştirak edib. 2010-cu
ildə Azərbaycandan Rusiyaya təbii qazın nəqlinə başlanılıb. 2011-ci ildə qazın
həcmi 2 dəfə artırılaraq 2 milyard kubmetrə çatacaq.
Rusiya qeyri-enerji sektorunda da
Azərbaycanın mühüm ticari-iqtisadi tərəfdaşıdır. Rusiyanın Azərbaycana
tədarüklərinin 90 faizini maşınqayırma, avtomobil və kimya sənayesi malları,
metal, meşə məmulatları və inşaat materialları, ərzaq, kənd təsərrüfatı
məhsulları təşkil edir. Rusiya bazarında ixrac olunan bütün Azərbaycan
məhsullarının böyük hissəsi satılır.
Hərbi-texniki əməkdaşlıq yüksək səviyyədədir
Qəbələ RLS məsələsinə toxunan səfir xatırladıb
ki, "Qəbələdəki "Daryal" analitik-informasiya mərkəzinin istismar şərtləri və icarəsinə
dair sazişin müddəti 2012-ci il dekabrın 24-də başa çatır: "Sazişin şərtlərinə
əməl olunur, Qəbələ RLS tam şəkildə Rusiya Federasiyasının maraqlarına uyğun məqsədləri
yerinə yetirir. Ümid edirəm ki, bu məqsədlər digər ölkələrin, o cümlədən
Azərbaycanın da maraqlarına uyğundur".
O, Rusiyanın imzalanan sazişin
reallaşması üçün Azərbaycanla normal və məhsuldar əməkdaşlıq etdiyini deyib:
"Buraya həmçinin Rusiya hərbçilərinə öz vəzifələrini yerinə yetirmək üçün
müvafiq şəraitin yaradılması da daxildir. Bu məsələ ilə bağlı yenidən açıqlama
vermək zərurəti yaransa, biz bu açıqlamanı verəcəyik".
Azərbaycanla Rusiya arasında
hərbi-texniki əməkdaşlığın səviyyəsini şərh edən Doroxin bildirib ki, Rusiya
əməkdaşlığın səviyyəsindən razıdır: "Qeyd etmək istəyirəm ki, bu əməkdaşlıq
beynəlxalq hüququn bütün tələblərinə uyğun həyata keçirilir. Buraya silah
alqı-satqısına dair razılaşdırılmış hesabat formalarının hazırlanması da
daxildir. Biz bu hesabatı hər il dərc edirik".
Xalqları arasında mədəni əməkdaşlıq daha da genişlənir
Onu da nəzərə almaq lazımdır ki,
ölkələrin əməkdaşlığında önəmli rolu iki ölkə arasında mədəniyyət, tibb,
təhsil, idman, gənclər siyasəti, birgə informasiya mərkəzlərinin yaradılması və
bu sahədə bir sıra digər layihələrin həyata keçirilməsi haqqında imzalanan sazişlər
sayəsində humanitar əlaqələr oynayır.
Azərbaycan rus dilinin xüsusi
statusunu saxlayır, çünki respublika ərazisində 160 min rusdilli əhali yaşayır.
Keçmiş Sovet İttifaqı respublikalarında rus dili öz mövqeyini itirdiyi halda,
Azərbaycanın 21 məktəbində təhsil rus dilində aparılır, daha 335 məktəbdə isə
dərslər Azərbaycan və rus dillərində aparılır.
Hazırda respublikada rus dilində
50-yə yaxın qəzet və jurnal nəşr olunur, onlarla agentlik və portal fəaliyyət
göstərir. Rusiyanın dövri nəşrləri respublikanın ərazisində sərbəst şəkildə
yayımlanır. Bakıda Lomonosov adına MDU-nun filialı fəaliyyət göstərir, Rus Dram
Teatrı işləyir, Rusiyanın aparıcı informasiya agentliklərinin filialları
açılıb. Bu tendensiya xalqlarımızın sıx şəkildə yaxınlaşmasını sübüt edir.
Onu da qeyd edək ki, hazırda Rusiya
Federasiyasının subyektlərindən 70-ə yaxını Azərbaycan ilə regionlararası
əməkdaşlıq edirlər, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalanıb.
Humanitar sahələrdə əlaqələr möhkəmlənir
Rusiyada 3 milyon azərbaycanlı
yaşayır. Rusiya ali məktəblərində 6 minə yaxın Azərbaycan vətəndaşı təhsil
alır. Azərbaycandan bu qədər sayda təqaüdüçünün olduğu digər ölkə yoxdur.
Onlardan 900 nəfərə yaxını Rusiyaya dövlət proqramı üzrə gedib.
Azərbaycanda rus dilinin mövqeyinin
möhkəmliyi ölkənin geniş ictimaiyyətinin ona olan tələbatının saxlanılması ilə
təmin olunur, Azərbaycan rəhbərliyi bu tələblərin gerçəkləşməsi üçün hər bir
şəraiti yaradır. Hazırda Azərbaycanın orta və ali məktəblərində rusdilli sektor
möhkəm maddi və pedaqoji bazaya malikdir.
Eynilə də Rusiyada Azərbaycana maraq
artır. Rusiyada Azərbaycan və azərbaycanlıların müsbət imicinin yaradılmasında
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu ölkədəki
himanitar və sosial fəaliyyətini xüsusilə vurğulamaq lazımdır.
Rusiya Azərbaycanlı Gənclər
Təşkilatı da Rusiyada Azərbaycan mədəniyyətinin təbliğində çox böyük işlər
görür. Təşkilatın sədri Leyla Əliyevanın fəaliyyəti Rusiyada ölkəmizin və
xalqımızın daha yaxından tanıdılması, Azərbaycan həqiqətlərinin təbliği üçün
böyük imkanlar açır. Məhz onların gərgin fəaliyyəti Rusiya ictimaiyyətində
Azərbaycan və azərbaycanlılar haqda müsbət imicin formalaşmasını təmin edir.
Nəzərə almalıyıq ki, Rusiyanın
keçmiş müttəfiq respublikalar arasında ən üstünlük verdiyi ölkələrdən biri də
Azərbaycan olub. Bu ölkələrin xalqları arasında hər zaman isti münasibət olub
və mədəni əlaqələr yüksək səviyyədə olub. Bu və ya digər çoxsaylı məqamlar
post-sovet məkanında ölkəmizin mövqelərinin və böyük bir çoğrafi-mədəni məkanda
hərtəfəli əlaqələrə malik olmasını təmin edir.
Moskva Qarabağ münaqişəsinin həllinə yardım edə bilər
Qeyd edək ki, Azərbaycan və Rusiya
BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edir. Rusiya
ATƏT-in
Ən əsas məqam olaraq isə son
zamanlar Rusiyada Ermənistan-Azərbaycan münaqişəsinə münasibətin dəyişməsini
göstərmək olar- həm dövlət kuluarlarında, həm də rus xalqı arasında.
Münaqişənin həllinə və Ermənistana təsir rıçaqlarına malik olmasını da nəzərə
alsaq bu dostluğun nə qədər böyük önəm daşıdığını görə bilərik. Moskva artıq
regionda Ermənistanın ona nə qədər böyük problem yaratdığını və Azərbaycanın nə
qədər böyük fayda verdiyini (daha çox verə biləcəyini) anlamış durumdadır.
"Rusiya ATƏT-in Minsk Qrupunun
həmsədrlərindən biri kimi Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ
probleminin həlli üçün aktiv səy göstərir. Danışıqların detallarını açıqlaya
bilmərəm, amma biz "Rusiya vasitəçi kimi əlindən gələn hər şeyi edir" dedikdə,
kələk gəlmirik. Beynəlxalq birliyin səyləri nəticəsində ciddi razılaşmalar əldə
etmək şansı var və Rusiya bu şansdan yararlanmaq üçün əlindən gələn hər şeyi
edir. Əvvəlcədən təxmin etmək istəməzdim, amma bütün bunlar münaqişənin
tezliklə nizamlanacağına dair ümidləri artırır",- Rusiyanın Azərbaycandakı
səfiri Vladimir Doroxin Rusiya Gününə həsr olunmuş mətbuat konfransında deyib.
Sonda onu da vurğulamaq istərdik ki,
Rusiya və Azərbaycan 200 ilə yaxın birgə tarixi olan ölkələrdir və bu gün də
qarşılıqlı münasibətlərin yüksək səviyyədə olması təqdirəlayiqdir. Ən azı ona
görə ki, bu cür münasibətlər hər iki ölkənin xalqına yalnız fayda gətirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB