ATƏT-in həmsədri: “Kazanda əsas sənəd üzərində iş başa çatdırıla bilər”
ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və Bernar Fasye (Fransa) işğal olunmuş Dağlıq Qarabağın separatçı liderləri ilə danışıqlar aparıblar. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, daha sonra Xankəndidə jurnalistlərin suallarını cavablandıran amerikalı həmsədr isə separatçı rejimin rəhbəri Bako Saakyanla apreldə keçirdikləri görüşdən sonra baş verən prosesləri müzakirə etdiklərini deyib. O, Dovil bəyanatını xatırladaraq bildirib ki, güc tətbiqi bu problemi həll etməyəcək: "Güc tətbiqi yalnız daha çox insanın həlak olmasına, əzab çəkməsinə səbəb olacaq. Problemin güc yolu ilə həlli mümkün deyil".
Fransalı həmsədr Bernar Fasie vasitəçilərin son bir ildə üçüncü dəfə qoşunların təmas xəttini keçərək Xankəndinə gəlmələrini müsbət dəyərləndirib. O, qeyd edib ki, əməkdaşlığa sadiq olmaq atəşkəs rejiminə daha yaxşı riayət etməyə imkan verir. Bernar Fasie prezidentlərin Dovil bəyanatına da toxunub: "Prezidentlər qeyd ediblər ki, baza prinsiplərinin tezliklə razılaşdırılması yaxşı olardı və bundan sonra sülh yolu ilə nizamlanma layihəsinə başlana bilər". Bernar Fasie eyni zamanda Madrid prinsiplərinin son variantının Soçidə üç ay əvvəl müzakirə olunmuş variant olduğunu deyib: "Düzəlişlər aparılır, kiçik məqamlar qalıb, onların üzərində iş aparılır. Buna görə də ümid edirik ki, yekun variant dərhal razılaşdırılacaq".
Jurnalistlərin suallarını cavablandıran rusiyalı həmsədr İqor Popov isə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin növbəti görüşündə prezidentlərə təqdim olunacaq yekun təkliflərin müzakirə olunacağını deyib: "Biz bu məsələdə Dovil bəyanatından çıxış edirik. Orada bildirilir ki, bu sənədin tez müddətdə hazırlanması işimizə əlavə köməklik göstərəcək. Hesab edirik ki, Kazan görüşündə tərəflər konstruktuv mövqe nümayiş etdirəcəklər. Mən həmçinin "yenilənmiş Madrid prinsipləri" termininə tərəfdarı deyiləm. Hər görüşdə yeni təkliflər edilir, düzəlişlər aparılır. Bu gün ortada layihə var, bəzi məsələlər üzərində iş gedir. Bu işi xarici işlər nazirləri aparır, əgər yekun variant razılaşdırılsa, Kazanda o sənəd üzərində iş başa çatdırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB