Nursultan Nazarbayev islam ölkələrinin \"G10\"-unu yaratmağı təklif edib

Nursultan Nazarbayev islam ölkələrinin \"G10\"-unu yaratmağı təklif edib

Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev Ümumdünya İslam İqtisadi Forumunda çıxışı zamanı İslam aləminin 10 ən güclü iqtisadiyyata malik olan ölkəsinin "G10"-nu təşkil eləməyə çağırıb. Onun sözlərinə görə, İslam aləminin sözügedən bu 10 ölkəsi ilə nüfuzlu iqtisadi əməkdaşlıq təşkilatı yaratmaq olar. N.Nazarbayev belə düşünür ki, bu təşkilat yaradılsa, islam ölkələrinə investisiya qoyuluşları da geniş vüsət ala bilər: \"İslam ölkələrinin təbii sərvətlərlə zənginliyini nəzərə alsaq, bu təşkilatın maliyyə tərəfdən də çətinlik çəkməyəcəyi bizə aydın olur\".

Bütün xəbərlər Facebook səhifəmizdə