Aleksandr Xetaquri: \"Gürcüstan neft-qaz sənayesi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır\"

Aleksandr Xetaquri: \"Gürcüstan neft-qaz sənayesi sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır\"

ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev "Expo Mərkəzi"ndə açılmış XVIII Beynəlxalq "Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası- 2011" Sərgi-konfransında iştirak etmək üçün Bakıda səfərdə olan Gürcüstanın energetika və təbii sərvətlər naziri ilə görüşüb. ARDNŞ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, R.Abdullayev Gürcüstanla Azərbaycan arasında yüksək səviyyəli siyasi, iqtisadi və elmi-mədəni münasibətlərdən söz açıb, bu əməkdaşlığın inkişafına dövlət başçıları səviyyəsində diqqət göstərildiyini xüsusi qeyd edib. O, Azərbaycan neft-qaz sənayesinin son illərdə qazandığı uğurlardan danışaraq, ölkədə həyata keçirilən regional enerji layihələri haqda məlumat verib.

Aleksandr Xetaquri deyib ki, ARDNŞ Gürcüstanin qaz bazarında fəaliyyət göstərir. O, ölkəsinin neft-qaz sənayesi sahəsində Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu söyləyib.

R.Abdullayev ARDNŞ-nin Gürcüstandakı investisiya layihələrinin gələcəkdə daha da genişlənəcəyini, dövlətlərarası enerji əməkdaşlığının bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Sonda mayeləşdirilmiş Azərbaycan qazının Gürcüstan üzərindən Rumıniyaya nəqlini nəzərdə tutan AGRİ layihəsi üzrə görülən işlər haqqında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə