Miroslav Layçak və Con Kayer müxalifət partiyalarının sədrləri ilə görüşüb

Miroslav Layçak və Con Kayer müxalifət partiyalarının sədrləri ilə görüşüb
Bu gün Avropa İttifaqının (Aİ) Bakıdakı ofisində Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktoru Miroslav Layçak və Aİ-nin məsul nümayəndəsi Con Kayer Azərbaycanın aparıcı müxalifət partiyalarının sədrləri ilə görüşüb.


Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) SİA-ya verdiyi məlumata görə, görüşdə müxalifət partiyalarının sədrlərindən Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP sədri Yusif Bağırzadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Ümid Partiyasının sədri İqbal Ağazadə iştirak edib.


Aİ-nin səlahiyyətli şəxsləri ilə ölkədəki ictimai-siyasi proseslər, fundamental azadlıqların vəziyyəti, siyasi institutların fəaliyyəti, eləcə də, demokratik dəyişikliklərlə bağlı məsələlər müzakirə olunub.


Müxalifət partiyalarının rəhbərləri Azərbaycandakı mövcud durumdan narahatlıqlarını Avropalı qonaqların diqqətinə çatdıraraq beynəlxalq ictimaiyyətin yaranmış problemlərin aradan qaldırılması istiqamətində səylərinin genişləndirilməsinin vacibliyini bildiriblər.


Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Xatırladaq ki, Con Kayer Azərbaycanla Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqlara başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня