“İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabının təqdimatı olacaq

“İqlim dəyişmələri və ekoloji stabillik” adlı təlim kitabının təqdimatı olacaq

İyunun 8-də Azərbaycan Mətbuat Şurasının və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının, Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin təşəbbüsü ilə media üçün "İqlim dəyişmələri və ekoloji stabillik" adlı təlim kitabının və www.mediaclimate.org saytının təqdimatı keçiriləcək. Qurumdan SİA-ya verilən xəbərə görə, hər iki yenilik YUNESKO-nun "Kommunikasiyanın inkişafı üzrə Beynəlxalq Proqram"ı çərçivəsində reallaşmış "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsinin tərkib hissələri kimi ərsəyə gəlib. Layihə Azərbaycan Mətbuat Şurası və Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi tərəfindən 8 ay ərzində icra edilib.

Təqdimat mərasimində YUNESKO-nun Moskva ofisinin direktoru Dendev Badarç, Moskva ofisinin Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun informasiya xidməti qrupunun rəhbəri Svetlana Knyazeva, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, ətraf təbii mühit üzrə alimlər və media mütəxəssisləri, həmçinin KİV təmsilçiləri iştirak edəcəklər.

Qeyd edək ki, "İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim" layihəsi çərçivəsində ötən ilin dekabrında kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təlim xarakterli konfrans-seminar da düzənlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə